​Rusiya gimnastika millisinin kapitanı: Azərbaycanı təmsil etmək xoş olardı

​Rusiya gimnastika millisinin kapitanı: Azərbaycanı təmsil etmək xoş olardı "Məni Azərbaycan adət-ənənələri ilə böyüdüblər"
Fərdi
21 Avqust , 2015 04:56
​Rusiya gimnastika millisinin kapitanı: Azərbaycanı təmsil etmək xoş olardı

Bakı. 21 Avqust. REPORT.AZ/ Rusiyanın kişilərdən ibarət gimnastika üzrə yığma komandasının kapitanı, əslən azərbaycanlı Emin Qəribov Rusiyanın "Moskva-Baku" internet nəşrinə müsahibə verib.

"Report" portala istinadən xəbər verir ki, Emin Qəribov müsahibəsində etiraf edib ki, valideynləri onu Azərbaycan adət-ənənələri ilə böyüdüb başa çatdırıblar. Lakin buna baxmayaraq, o, doğma dilində danışmağı hələ də, öyrənməyb.

Eminin sözlərinə görə, o çiyinlərindən aldığı ağır zədələr səbəbindən bütün son mövsümü buraxmaq məcburiyyətində qalıb. Hazırda isə o bərpa prosesi keçir və Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştrak etmək arzusundadır.

"Hələ ki, əcdadlarımın dilində danışmağı öyrənə bilməmişəm. Uşaqlıqdan Moskvada rus dostlarım olub, məktəb və məşqlərdə biz yalnız rus dilində danışırdıq. Evdə isə demək olar ki, olmurdum, günüm məşqlərdə, təlim-məşq toplanışlarında keçib, baxmayaraq ki, məni Azərbaycan adət-ənənələri ilə böyüdüb başa çatdırıblar. Bizim ailəmizdə Vətəndə olan bütün adət-ənənələrə əməl olunur. Əlbəttə, mən çox təəssüf edirəm və doğma dilimi bilmədiyim üçün dərin xəcalət hissi keçirirəm", - deyə gimnast bildirib.

İdmançı Azərbaycan yığmasından təklif alıb-almaması ilə bağlı suala belə cavab verib:

"Əlbəttə ki, mənə təklif gəlib, özü də hələ 2008-ci ildə, yeddi il qabaq. Təbii ki, Azərbaycan istərdi ki, öz komandasında legioner yox, əsl azərbaycanlı gimnast görsün. Lakin, birincisi, mən Moskvada böyümüşəm, məni dörd yaşımdan məşqçilərim yetişdiriblər, mən məşqçilərin mənim üçün etdiklərindən sonra hər şeyi qoymaq və çıxıb getməyə mənəvi cəhətdən hazır deyildim. Onlar məni dünya səviyyəli bir gimnast ediblər, mənə nə qədər güc və enerji sərf ediblər. Gizlətməyəcəyəm, mənim üçün Azərbaycanı təmsil etmək xoş olardı, lakin ətraflı düşünüb-daşındıqdan sonra, artıq söylədiyim səbəblərdən Moskvada qalmaq qərarına gəldim".

Son xəbərlər

Orphus sistemi