Yuxarı

​Rusiya Antidopinq Agentliyinin səlahiyyətləri bərpa olunur

Bu barədə ölkənin idman naziri açıqlama verib

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın Antidopinq Agentliyinin (RUSADA) səlahiyyətləri qismən bərpa olunur. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın idman naziri Vitali Mutko bildirib.

Nazirin sözlərinə görə, Anna Antselioviçin RUSADA-nın baş direktoru vəzifəsinə namizədliyi Ümumdünya Antidopinq Agentliyini (WADA) də qane edir. Hazırda A.Antselioviç baş direktor səlahiyyətlərini icra etməkdədir.

Qeyd edək ki, ötən ilin noyabrında WADA Rusiyanı antidopinq qaydalarını pozmaqda ittiham edib və Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası təşkil etdiyi bütün yarışlardan rusiyalı atletlərin kənarlaşdırılmasına qərar verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi