Rusiya 2036-cı il olimpiadasına ev sahibliyi etmək istəyir

Rusiya 2036-cı il olimpiadasına ev sahibliyi etmək istəyir Rusiya 2036-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyi nəzərdən keçirir.
Fərdi
182
13 Avqust , 2021 13:08
Rusiya 2036-cı il olimpiadasına ev sahibliyi etmək istəyir

Rusiya 2036-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyi nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tokio olimpiadasında mükafat qazanmış yerli idmançılarla görüşü zamanı deyib.

Onun sözlərinə görə, artıq bir neçə şəhər bununla bağlı müraciət hazırlayır: "Bunlardan biri də Sankt-Peterburqdur. Lakin Oyunların keçirilməsi ilə bağlı qərarı Xarici İşlər Nazirliyi deyil, hökumətdəki müvafiq orqanlar verir".

Qeyd edək ki, daha əvvəl Kazan və Türkiyənin İstanbul şəhəri 2036-cı ildəki yarışı qəbul etmək istədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi