Rumıniya Milli Olimpiya Komitəsinin sədri istefa verib

Rumıniya Milli Olimpiya Komitəsinin sədri istefa verib Alin Petrake: "Böhran dərinə gedib və onu indi qəbul olunan qərarlarla həll etmək olmaz"
Fərdi
29 Avqust , 2016 17:33
Rumıniya Milli Olimpiya Komitəsinin sədri istefa verib

Buxarest, 29 avqust. REPORT.AZ/ Rumıniya Milli Olimpiya Komitəsinin (RMOK) sədri Alin Petrake istefa verib. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, buna Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Rumıniya idmançılarının uğursuz çıxışı səbəb olub.

İcraiyyə Komitəsinin iclasında çıxış edən A.Petrake deyib: "Nəzərə alsaq ki, millimiz olimpiadada qarşıya qoyduğu məqsədlərə nail ola bilmədi, əvvəldən də bildirdiyim kimi bu gün tutduğum vəzifədən istefa verirəm”.

O, Rumıniya xalqının millidən gözlədiyi olimpiya medallarını və möhtəşəm çıxışı komandanın sərgiləmədiyinə görə təssüfləndiyini də vurğulayıb: “Mən 2 il ərzində çalışdım, üzərimə qoyulan vəzifəni yerinə yetirdim. Amma təssüf ki, Rumıniya idmanında böhran dərinə gedib və onu indi qəbul olunan qərarlarla həll etmək olmaz”.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunlarına Rumıniya millisi 96 idmançı ilə qatılsa da, olimpiadanı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla 47-cı pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi