Rumıniya ağır atletika üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Rumıniya ağır atletika üzrə Avropa çempionatına ev sahibliyi edəcək Buxarest. 13 fevral. REPORT.AZ/ 26 mart – 1 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.
Fərdi
13 Fevral , 2018 04:45
Rumıniya ağır atletika üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Buxarest. 13 fevral. REPORT.AZ/ 26 mart – 1 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə qərar Avropa Ağır Atletika və Rumıniya Ağır Atletika Federasiyaları arasında əldə olunan razılıqdan sonra bildirilib.

Rumıniya rəsmi ev sahibi qismində Albaniyanı əvəz edəcək. Xatırladaq ki, Avropa çempionatının təşkili hüququ ilk olaraq Türkiyəyə verilmişdi. Lakin Beynəlxalq Ağır Atletika Federasiyası (BAAF) dopinq qalmaqalına görə Türkiyəni bu hüquqdan kənarlaşdırdıqdan sonra, yarışa ev sahibliyi Albaniyaya keçib. Öz növbəsində dopinq probleminə görə Albaniya Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi də istefa verdiyindən BAAF rəsmi Tirananın yarışı vaxtında təşkil edə bilməyəcəyini açıqlayıb.

Ağır atletika üzrə Avropa çempionatı iki dəfə - 1972 və 2009-cu illərdə Rumıniyada keçirilib.

Son xəbərlər

Orphus sistemi