Yuxarı
    Bağlamaq

    Rövnəq Abdullayev cüdoçumuz Rüstəm Orucovu təltif edib - FOTO

    Rövnəq Abdullayev Böyük dəbilqə turnirində 73 kq çəki dərəcəsində medal qazanmış idmançıların mükafatlandırılma mərasimində iştirak edib

    Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Bakıdakı "Böyük dəbilqə" turnirində 73 kq çəki dərəcəsində medal qazanmış idmançıların mükafatlandırılma mərasimində iştirak edib. "Report"un məlumatına görə, R.Abdullayev mükafatlandırmaya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə birgə qatılıb.

    Onlar fəxri kürsüyə yüksələn cüdoçuları, o cümlədən, bürünc medal qazanmış Azərbaycan təmsilçisi Rüstəm Orucovu təltif ediblər.

    Qeyd edək ki, Rövnəq Abdullayev ötən gün bürünc medal qazanmış daha bir cüdoçu Tərlan Kərimovu (66 kq) da mükafatlandırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi