Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb Azərbaycan cüdoçuları hazırda Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizə aparırlar
Fərdi
17 Oktyabr , 2015 15:13
Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Fransaya səfər edib. Federasiyanın İctimaiyyətlə Əlaqələr və Mətbuat Departamentinin rəhbəri Elnur Əşrəfoğlunun "Report"a verdiyi məlumata görə, səfər zamanı R.Abdullayev Parisdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə görüşüb.

M.Vizer azərbaycanlı qonağı yeni vəzifə münasibətilə təbrik edib. O, Azərbaycanda idmana, o cümlədən cüdoya dövlət səviyyəsində göstərilən qayğını yüksək qiymətləndirib, "Bakı 2015" I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbycan cüdoçuları hazırda Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizə aparırlar. Yarışı izləyənlər arasında ACF-nin vitse-prezidentləri Sadıq Sadıqovla Elnur Məmmədli də var.

Son xəbərlər

Orphus sistemi