Rövnəq Abdullayev Azərbaycan cüdoçularının Avropa çempionatındakı çıxışını dəyərləndirib

Rövnəq Abdullayev Azərbaycan cüdoçularının Avropa çempionatındakı çıxışını dəyərləndirib "İki günə 4 medal əla nəticədir"
Fərdi
126
22 Aprel , 2017 12:02
Rövnəq Abdullayev Azərbaycan cüdoçularının Avropa çempionatındakı çıxışını dəyərləndirib

Bakı. 22 aprel. REPORT.AZ/ "İki günə 4 medal əla nəticədir. Bu münasibətlə hamınızı təbrik edirəm". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında Azərbaycan yığmasının çıxışını dəyərləndirərkən deyib.

O bildirib ki, medallardan birinin "qızıl" olması yüksək göstəricidir: "Kişilər arasında 7 çəki dərəcəsinin 4-də yarışlar başa çatıb. Bunların 3-də 4 medal, o cümlədən 1 qızıl medal qazanmışıq. Bu, gözəl nailiyyətdir".

Qeyd edək ki, Avropa çempionatının ilk 2 yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq. Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finaldan, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) isə 1/16 finaldan mübarizəyə qoşulacaqlar.

Son xəbərlər

Orphus sistemi