Ronaldu: "Barselona xəbərlərindən sarsılmışam"

Ronaldu: "Barselona xəbərlərindən sarsılmışam" "Real"ın hücumçusu terror aktı nəticəsində zərər çəkənlərə başsağlığı verib
Fərdi
18 avqust 2017 04:48
Ronaldu: Barselona xəbərlərindən sarsılmışam

Bakı. 18 avqust. REPORT.AZ/ Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu Barselonada baş verən terror aktı nəticəsində zərər çəkənlərə və faciə qurbanlarının ailələrinə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb.

"Barselona xəbərlərindən sarsılmışam. Faciə qurbanlarının ailələrinə və dostlarına başsağlığı verirəm", - deyə futbolçu "Twitter"də yazıb.

Barselonada baş vermiş terror aktında 13 nəfər həlak olub, 119 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi