Roma 2024-cü il olimpiadasına namizədliyini rəsmən irəli sürüb

Roma 2024-cü il olimpiadasına namizədliyini rəsmən irəli sürüb Müvafiq müqavilə şəhər meri ilə İtaliya Milli Olimpiya Komitəsinin prezidenti arasında bağlanılıb
Fərdi
11 Sentyabr , 2015 17:21
Roma 2024-cü il olimpiadasına namizədliyini rəsmən irəli sürüb

Bakı. 11 sentyabr. REPORT.AZ/ İtaliyanın paytaxtı Roma şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək istəyilə Beynəlxalq Olimpiya Komitəsinə (İOC) müraciət edib. "Report"un məlumatına görə, bu gün şəhər meri İqnatsio Marino və İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo olimpiadaya təşkilatçılıq uğrunda mübarizəni nəzərdə tutan müqavilə imzalayıblar.

Daha öncə Hamburq (Almaniya), Paris (Fransa), Toronto (Kanada), Los-Anceles (ABŞ) və Budapeşt (Macarıstan) şəhərləri namizədliklərini rəsmən irəli sürüblər. Bu siyahıda Bakının da olacağı gözlənilir.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına ərizə qəbulu sentyabrın 15-də başa çatacaq. Beynəlxalq Olimpiya Komitəsi qalib şəhəri 2017-ci ildə açıqlayacaq. 

Son xəbərlər

Orphus sistemi