Yuxarı

​"Roland Garros" turnirinin qalibləri müəyyənləşib

Qadınların fərdi mübarizəsində finalda gözlənilməz nəticə baş verib

Bakı. 6 iyun. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə tennis üzrə "Roland Garros" (Böyük Dəbilqə) turnirinə yekun vurulub. "Report"un məlumatına görə, serbiyalı Novak Cokoviç kişilərin fərdi mübarizəsində ən güclü adına sahib çıxıb.

N.Djokoviç həlledici görüşdə ingiltərəli Endi Marreyə qalib gəlib - 3:6, 6:1, 6:2, 6:4. Bu 29 yaşlı tennisçinin "Roland Garros"da ilk, "Böyük Dəbilqə"də isə 12-ci uğuru olub. 

Qadınların fərdi görüşündə ABŞ təmsilçisi Selena Uilyams finalda ispaniyalı Muqurusa Qarbinyeyə uduzub. 7:5, 6:4 hesablı üstünlüklə qələbəyə nail olan M.Qarbinye "Böyük dəbilqə" seriyalı turnirlərdə ilk dəfə qalib olub.

Qeyd edək ki, "Roland Garros"un mükafat fondu 32.5 milyon avrodur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi