Robot azyaşlı şahmatçının barmağını sındırıb

Robot azyaşlı şahmatçının barmağını sındırıb Rusiyada keçirilən şahmat üzrə "Moscow open" turnirində xoşagəlməz hadisə baş verib.
Fərdi
25 İyul , 2022 18:54
Robot azyaşlı şahmatçının barmağını sındırıb

Rusiyada keçirilən şahmat üzrə "Moscow open" turnirində xoşagəlməz hadisə baş verib.

"Report"un məlumatına görə, robot onunla şahmat oynayan 7 yaşlı uşağın barmağını sındırıb.

Moskva Şahmat Federasiyasının prezidenti Sergey Lazarev belə bir olayın yaşandığını təsdiqləyib. O bildirib ki, robot gedişləri sürətli etdiyindən azyaşlı şahmatçıya xəsarət yetirib.

Uşağın valideynləri baş vermiş hadisə ilə bağlı müvafiq qurumları şikayət etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi