Bakı. 6 avqust. REPORT.AZ/ Britaniyalı idmançı Adam Piti Olimpiya Oyunları – 2016 çərçivəsində keçirilən üzgüçülük üzrə təsnifat yarışları zamanı brassla 100 metr məsafəyə üzmək üzrə öz şəxsi rekordunu yeniləyib.
"Report" xəbər verir ki, 21 yaşlı üzgüçü sözügedən məsafəni 57,55 saniyə ərzində qət edib.
Pitinin bundan əvvəlki rekordunu (57,92) 2015-ci ildə Böyük Britaniya çempionatında göstərib.