Azərbaycan velosipedçisi 2016-cı il olimpiadasına ilk lisenziya xalları qazanıb

Azərbaycan velosipedçisi 2016-cı il olimpiadasına ilk lisenziya xalları qazanıb Maksim Averin sprinterlərin mübarizəsində 2-ci olub
Fərdi
2 Mart , 2015 12:02
Azərbaycan velosipedçisi 2016-cı il olimpiadasına ilk lisenziya xalları qazanıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın kontinental "Synergy Baku" komandası Xorvatiyada təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışda 8 velosipedçi ilə təmsil olunan komanda üzvlərindən ən yüksək nəticəyə Maksim Averin imza atıb.

O, 160.3 km-dən ibarət marşrutu qalibdən 1 dəqiqə 14 saniyə sonra başa vurub və yekunda 5-ci yeri tutub. Aktivinə 10 reytinq xalı yazan M.Averin, həmçinin sprinterlərin mübarizəsində 2-ci olub.

Qeyd edək ki, UCİ reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla 4 illiyin zirvə yarışına lisenziya xalları toplayırlar.

Son xəbərlər

Orphus sistemi