"Rio-2016": Son yarış günündə 4 idmançı mübarizə aparacaq

"Rio-2016": Son yarış günündə 4 idmançı mübarizə aparacaq Onlar 3 növdə mübarizə aparacaqlar
Fərdi
589
21 Avqust , 2016 03:06
Rio-2016: Son yarış günündə 4 idmançı mübarizə aparacaq

Bakı. 21 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının son günündə Azərbaycanın 4 idmançısı çıxış edəcək. 

"Report"un məlumatına görə, onlar 3 növdə mübarizə aparacaqlar.

İlk olaraq, dünya və 3 qat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Xetaq Qazyumov döşək üzərinə çıxacaq. 97 kq çəki dərəcəsində çıxış edəcək 33 yaşlı idmançının 1/16 finaldakı rəqibi polşalı Radoslav Baran olacaq. Əvvəlki 2 olimpiadada bürünc medal qazanmış Qazyumovun Rio-da ilk görüşü Bakı vaxtı ilə saat 15:46-da başlanacaq. Bu görüşün qalibi növbəti mərhələdə Məhəmməd Əli Reza Yazdani (İran) - İbrahim Bölükbaşı (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

Saat 15:54-də olimpiya çempionu Toğrul Əsgərovun ilk görüşü başlanacaq. Onun 1/8 finala təsadüf edəcək qarşılaşmada rəqibi ukraynalı Andrey Kvyatkovski olacaq.

Saat 16:30-da atlet Evans Kiplaqat Barkovet marafon qaçışı üçün start xəttinə çıxacaq. Qaçışda 155 marafonçu iştirak edəcək.

Nəhayət, saat 22:00-da boksçu Lorenso Sotomayor 64 kq çəki dərəcəsində final döyüşünü keçirəcək. Onun rəqibi isə özbəkistanlı Fazlidin Qaibnazarov olacaq. Qabnazarov 2015-ci il dünya çempionatında Sotomayorun 1/4 finalda yenildiyi rusiyalı Vitali Dunaytsevə finalda uduzaraq, gümüş medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi