Yuxarı

"Rio-2016"nın azərbaycanlı mükafatçısı Qazaxıstan universitetindən məzun olub

Kamran Şahsuvarlı bakalavr diplomu alıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının azərbaycanlı mükafatçısı Kamran Şahsuvarlı Qərbi Qazaxıstan İnnovasiya Texnologiyalar Universitetinin məzunu olub. "Report"un məlumatına görə, 24 yaşlı boksçu qiyabi oxuduğu Bədən tərbiyəsi və idman fakultəsini bitirib.

Artıq o, Qazaxıstanın Uralsk şəhərində yerləşən ali təhsil ocağından diplomunu alıb. 

Qeyd edək ki, Kamran Şahsuvarlı 6 dekabr 1992-ci ildə Bakıda doğulsa da, uşaqlıq illərini Qazaxıstanda keçirib. O, "Rio-2016"da 75 kq çəki dərəcəsində çıxış edib. K.Şahsuvarlı yarımfinalda kubalı Arlen Lopesə məğlub olaraq, bürünc medala sahib çıxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi