​"Rio-2016"da Türkiyə basketbolçularını aparan avtobus yolu azıb

​"Rio-2016"da Türkiyə basketbolçularını aparan avtobus yolu azıb Komanda arenaya 1.5 saata çatıb
Fərdi
9 Avqust , 2016 14:16
​Rio-2016da Türkiyə basketbolçularını aparan avtobus yolu azıb

Bakı. 9 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları Türkiyə qadın basketbolçuları üçün uğurlu başlamayıb.

"Report"un məlumatına görə, avqustun 8-də Avstraliya ilə matça çıxacaq komandanı arenaya gətirən avtobus gecikib.

Sürücünün yolu tanımaması sayəsində komanda Atletlər kəndindən 20 dəqiqəlik məsafədə yerləşən arenaya 1.5 saata çatıb. Nəticədə türkiyəli basketbolçular heç bir hazırlıq, isinmə olmadan birbaşa oyuna çıxıblar.

Qarşılaşma Avstraliyanın 61-56 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Türkiyə basketbolçuları növbəti oyununu Yaponiyaya qarşı keçirəcək. Matç bu gecə Bakı vaxtı ilə saat 00:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi