“Rio-2016”: Azərbaycan gimnastı Marina Durunda doqquzuncu yerlə kifayətlənib - YENİLƏNİB

“Rio-2016”: Azərbaycan gimnastı Marina Durunda doqquzuncu yerlə kifayətlənib - YENİLƏNİB Bu dəfə Durunda 9-cu pillədə qərarlaşıb
Fərdi
21 Avqust , 2016 01:33
“Rio-2016”: Azərbaycan gimnastı Marina Durunda doqquzuncu yerlə kifayətlənib - YENİLƏNİB

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə final yarışında mübarizə aparıb. "Report"un məlumatına görə, 19 yaşlı idmançı ilk olaraq, halqa ilə çıxış edib.

Hakimlər onun çıxışını 16,950 balla qiymətləndiriblər. Bu nəticə ilə Durunda mərhələni 10-cu pillədə başa vurub.

Ardından topla çıxış edən Azərbaycan gimnastı 17,541 bal qazanıb. Bu dəfə Durunda 9-cu pillədə qərarlaşıb.

Durunda gürzlə hərəkətlərdə 17,716 xal yığıb. Bu nəticə ilə o, mərhələni 6-cı pillədə başa vurub. Nəhayət, Azərbaycan gimnastı lentlə çıxış edib və hakimlərdən 17,541 xal alıb və yenə 6-cı olub. Beləliklə, 4 hərəkətin cəmində 69,748 xal toplayan Marina Durunda olimpiadada 9-cu yeri tutub. Rusiyalı Marqarita Mamun (76,483) qızıl, onun həmyerlisi Yana Kudryavtseva (75,608) gümüş, ukraynalı Qanna Rizatdinova (73,583) bürünc medal qazanıb.



***23:18

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə final yarışında mübarizə aparır. 

"Report"un məlumatına görə, 19 yaşlı idmançı ilkin mərhələdə halqa ilə çıxış edib.

Hakimlər onun çıxışını 16,950 balla qiymətləndiriblər. Bu nəticə ilə Durunda mərhələni 10-cu pillədə başa vurub.

İkinci mərhələ topla çıxış edən Azərbaycan gimnastı 17,541 bal qazanıb. Bu dəfə Durunda 9-cu pillədə qərarlaşıb.

Durunda gürzlə hərəkətlərdə isə 17,716 xal yığıb. Bu nəticə ilə o, mərhələni 9-cu pillədə başa vurub. Nəhayət, Azərbaycan gimnastı lentlə çıxış edib və hakimlərdən 17,541 xal alıb.

Son xəbərlər

Orphus sistemi