Respublika Oyunlarında ilk günün qalib cüdoçuları müəyyənləşib

Respublika Oyunlarında ilk günün qalib cüdoçuları müəyyənləşib 11 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub
Fərdi
28 Noyabr , 2017 10:23
Respublika Oyunlarında ilk günün qalib cüdoçuları müəyyənləşib
Judo.az

Bakı. 28 noyabr. REPORT.AZ/ Tovuzda keçirilən yeniyetmələrin cüdo üzrə XI Respublika Oyunlarında ilk günün qalibləri müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, ilk yarış günündə 11 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.

Qızların yarışında Züleyxa Nağıyeva (28 kq), Təranə Quliyeva (32 kq), Fidan Qasımova (36 kq), Könül Əliyeva (40 kq), Zeynəb Əhmədova (44 kq), Pərvanə Abdullayeva (48 kq) və Rita Əliyeva (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Oğlanların mübarizəsində isə Murad Balacayev (34 kq), Süleyman Şükürov (38 kq), Eltac Yusifli (42 kq) və Ərəbxan Ramazanov (46 kq) çempion olublar.

Son xəbərlər

Orphus sistemi