Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə yeni direktor təyin edilib

Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə yeni direktor təyin edilib Yeni direktor bu gün kollektiv üzvlərinə təqdim edilib
Fərdi
8 Yanvar , 2018 22:47
Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə yeni direktor təyin edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimovun müfaviq əmri ilə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə (OEİUGVİM) yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə 2014-2017-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasında PR meneceri vəzifəsini icra edən, "Gənc Velosipedçilər" İctimai Birliyinin təsisçisi Faiq Qurbanov təyinat alıb.

Bu gün Azərbaycan Velosiped İdmanı Federasiyasının ofisində (Respublika Velotreki) yeni direktor kollektiv üzvlərinə təqdim edilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və 2 qat dünya çempionu Fərid Mansurov, AzVİF-in baş katibi Fərhad Əliyev, həmçinin OEİUGVİM-in məşqçilər korpusunun üzvləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi