Respublika çempionatında daha üç çəki dərəcəsinin qalibləri müəyyənləşib

Respublika çempionatında daha üç çəki dərəcəsinin qalibləri müəyyənləşib Respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır
Fərdi
27 Dekabr , 2017 21:37
Respublika çempionatında daha üç çəki dərəcəsinin qalibləri müəyyənləşib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatı davam edir.

“Report” xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

73 kq çəki dərəcəsində Kənan Quluzadə, 81 kq çəki dərəcəsində Fəqan Quluzadə və 90 kq çəki dərəcəsində Əbdülhəqq Rəsullu Azərbaycan çempionu adına layiq görülüblər.

Sabah 100 kq, +100 kq çəki dərəcələrində, eləcə də usta cüdoçuların bütün yaş qruplar və çəki dərəcələrində qalibləri bilinəcək.

Respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.

Kişilər
73 kq 81 kq
1. Kənan Quluzadə Judo 2012 1. Fəqan Quluzadə Atilla
2. Paşa Əliyev Atilla 2. Coşqun Abdullayev Neftçi
3. İlqar Müşkiyev Sərhədçi OİK 3. Hüseyn Rəhimli MOK
3. Telman Vəliyev Neftçi 3. Afiq Səfərli Judo 2012
90 kq
1. Əbdülhəqq Rəsullu Neftçi
2. Tural Səfquliyev Neftçi
3. Rüfət İsmayılov Qəbələ
3. Qurban Qurbanov Atilla

Son xəbərlər

Orphus sistemi