“Reno” yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb

“Reno” yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb Bakı. 21 dekabr. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatında iştirak edən Fransanın “Reno” komandası yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb.
Fərdi
21 Dekabr , 2018 15:30
“Reno” yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatında iştirak edən Fransanın “Reno” komandası yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb.

“Report” xəbər verir ki, təqdimat mərasimi 2019-cu il fevralın 12-də komandanın Böyük Britaniyanın Enstoun şəhərindəki bazasında olacaq.

Növbəti mövsümdə “Reno”nu Avstriya “Red Bull”unu tərk edən avstraliyalı Daniel Rikkardo və komanda ilə müqaviləsinin müddətini uzadan almaniyalı Niko Hülkenberq təmsil edəcək.

Bunadək Böyük Britaniyanın “Force İndia” və İtaliyanın “Ferrari” komandaları da yeni bolidlərini təqdim edəcəkləri tarixləri açıqlayıblar. Bu komandalar müvafiq olaraq 2019-cu il fevralın 13-də və 15-də təqdimat keçirəcəklər.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və 15 - 17 martda olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi