Yuxarı

​Rəfiqəsini öldürən atlet ev dustaqlığına buraxılacaq

Oskar Pistorius oktyabrın 20-də həbsxanadan azad olacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikasından (CAR) olan paralimpiyaçı atlet Oskar Pistoriusun cəzası ev dustaqlığı ilə əvəzlənəcək. "Report"un məlumatına görə, diqqətsizlik səbəbindən ölümə səbəb olma iddiası ilə 5 il müddətinə azadlıqdan məhrum edilən O.Pistoriusun cəzasının ev həbsi ilə əvəzlənməsinə qərar verilib.

CAR qanunlarına əsasən, həbsxanadakı məhkumlar cəza müddətinin 1/6-ni çəkdikdən sonra şərti azadlıq və ya zəmanətlə azadlığa buraxıla bilərlər. Atlet oktyabrın 20-də evinə yollanacaq.

Qeyd edək ki, Oskar Pistorius 2014-cü il fevralın 14-də rəfiqəsi Reeva Seenkampı öldürdüyü üçün 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi