"Red Bull" komandası Azərbaycan Qran-prisinin qalibi ilə müqaviləni uzadıb

"Red Bull" komandası Azərbaycan Qran-prisinin qalibi ilə müqaviləni uzadıb "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası pilotu Serxio Pereslə müqavilənin müddətini uzadıb.
Fərdi
147
27 Avqust , 2021 17:40
Red Bull komandası Azərbaycan Qran-prisinin qalibi ilə müqaviləni uzadıb
Serxio Peres

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası pilotu Serxio Pereslə müqavilənin müddətini uzadıb.

"Report" komandanın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 31 yaşlı sürücü 2022 mövsümünün sonunadək Avstriya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Serxio Peres iyunun 6-da Bakıda keçirilmiş Azərbaycan Qran-prisinin qalibi olub.

Son xəbərlər

Orphus sistemi