“Red Bull” “Formula-1”i tərk edə bilər

“Red Bull” “Formula-1”i tərk edə bilər Bakı. 26 dekabr. REPORT.AZ/ Avstriyanın “Red Bull” komandası “Formula-1”i tərk edə bilər.
Fərdi
26 Dekabr , 2018 14:16
“Red Bull” “Formula-1”i tərk edə bilər

Bakı. 26 dekabr. REPORT.AZ/ Avstriyanın “Red Bull” komandası “Formula-1”i tərk edə bilər.

“Report” xəbər verir ki, bu barədə komandanın məsləhətçisi Helmut Marko “Motorsport-Total”a bildirib. 

Onun sözlərinə görə, buna səbəb “Formula-1”in gələcəyinin qeyri-müəyyən olmasıdır.

H.Marko mühərriklərə reklament tətbiq olunmayana qədər “Red Bull” və “Honda”nın 2020-ci ilə qədər nəzərdə tutulan mövcud müqaviləni yenilməyəcəklərini deyib. O, komandanın çıxışını WEC-də (Dünya Dözümlülük Çempionatı) davam etdirməsinin mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, “Red Bull” 2005-ci ildən “Formula-1”də çıxış edir. Komanda 2010-2013-cü illərdə ardıcıl 4 dəfə dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi