"Real Madrid"in müdafiəçisi sıradan çıxdı

"Real Madrid"in müdafiəçisi sıradan çıxdı İspaniya millisinin və "Real Madrid"in futbolçusu Serxio Regilon zədələnib.
Fərdi
7 Sentyabr , 2020 12:24
Real Madridin müdafiəçisi sıradan çıxdı
Serxio Regilon

İspaniya millisinin və "Real Madrid"in futbolçusu Serxio Regilon zədələnib. 

"Report"un məlumatına görə, 24 yaşlı müdafiəçi Millətlər Liqasının II turunda evdə Ukraynanı 4:0 hesabı ilə məğlub etdikləri matçda xəsarət alıb. 

Oyunçu ayaq biləyindən zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. 

Qeyd edək ki, Serxio Regilon 2019/2020 mövsümündə icarə əsasında "Sevilya"da oynayıb. O, komanda ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi "Sevilya"nın heyətində 38 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi