“Real Madrid”in futbolçusu Konor Makqreqoru döyüşə çağırdı

“Real Madrid”in futbolçusu Konor Makqreqoru döyüşə çağırdı İspaniya milli komandasının və "Real Madrid" klubunun futbolçusu Serxio Ramos Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqoru döyüşə çağırıb.
Fərdi
2159
2 Dekabr , 2020 22:56
“Real Madrid”in futbolçusu Konor Makqreqoru döyüşə çağırdı
Serxio Ramos

İspaniya milli komandasının və "Real Madrid" klubunun futbolçusu Serxio Ramos Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqoru döyüşə çağırıb.

“Report” xəbər verir ki, futbolçu belə bir çağırışla instagramda çıxış edib.

O, sosial şəbəkədəki hesabında video yerləşdirib. Serxio Ramos videoda fiziki formasını nümayiş etdirib və irlandiyalı döyüşçünün yerişini təqlid edib.

"Konor, nə vaxt hazır olacaqsan?", - futbolçu yazıb.

"Hazır ol, qardaş. Bizi böyük döyüş gözləyir", - deyə Konor ona cavab verib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov da Konorla təkrar döyüşə çıxacağını istisna etməyib.

Son xəbərlər

Orphus sistemi