​Rauf Məmmədov: " Zərif cinsin nümayəndələrinə qarşı mübarizə aparmaq çətindir"

​Rauf Məmmədov: " Zərif cinsin nümayəndələrinə qarşı mübarizə aparmaq çətindir" "Məhz buna görə 9-cu turdakı görüşü indidən düşünürəm"
Fərdi
27 May , 2016 04:46
​Rauf Məmmədov:  Zərif cinsin nümayəndələrinə qarşı mübarizə aparmaq çətindir

Bakı. 27 may. REPORT.AZ/ "ShamkirChess-2016" turnirinin ilk turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giriylə xalı yarı bölüb.

"Report" xəbər verir ki, Rauf Məmmədov partiya haqda bunları deyib:

"Giriylə bir sıra turnirlərdə qarşılaşmışıq. Debütdən sonra fərqli mövqelərimiz oldu. Şəmkirdə zəif rəqib yoxdur. Ona görə püşkdən danışmaq düzgün olmaz. Sözün düzü, mənim üçün burada ən uğursuz rəqib Hou Yifandır. 9-cu turda onunla qarşılaşmalıyıq. Bilmirəm necə olacaq. Qadınlarla oyunum alınmır. Zərif cinsin nümayəndələrinə qarşı mübarizə aparmaq çətindir. Məhz buna görə 9-cu turdakı görüşü indidən düşünürəm. Yifanla oyuna necə hazırlaşacağım maraqlıdır".

Aniş Giri də yarım xaldan razı olduğunu deyib:

"Normal oyun getdi. Startda risk etmək istəmirik. Adətən startdan sonra qələbə və məğlubiyyətlər başlayır. Çox sevinirəm ki, burada mübarizə aparıram. Şəmkirdə olduğumdan məmnunam. Mənim üçün uğursuz rəqib özüməm. Daha doğrusu uğursuz rəqib yoxdur, uğursuz gün var. Ola bilər ki, əhvalım pis olsun və mən həmin gün ən zəif şahmatçıyla oynamağı bacarmayım. Digər tərəfdən yaxşı əhvalım olsa istənilən rəqiblə mübarizə aparmağa qadirəm".

Son xəbərlər

Orphus sistemi