Ramil Quliyev Berlində ISTAF Oyunlarının gümüş medalını qazanıb

Ramil Quliyev Berlində ISTAF Oyunlarının gümüş medalını qazanıb Atlet 100 metr məsafəni 10.09 saniyəyə qət edib
Fərdi
28 Avqust , 2017 00:41
Ramil Quliyev Berlində ISTAF Oyunlarının gümüş medalını qazanıb

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF Oyunlarında gümüş medal qazanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.

Müsabiqəni yamaykalı Julian Forte (9.91) qazanıb. Böyük britaniyalı Adam Gemili isə 10.10 saniyəlik nəticə ilə 3-cü olub.

Son xəbərlər

Orphus sistemi