Ramil Quliyev atletika üzrə Avropa çempionu olub

Ramil Quliyev atletika üzrə Avropa çempionu olub Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Fərdi
9 Avqust , 2018 23:29
Ramil Quliyev atletika üzrə Avropa çempionu olub

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb.

Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi