Rafiq Hüseynov: "İslamiada dünya çempionatı öncəsi bizim üçün bir təkandır"

Rafiq Hüseynov: "İslamiada dünya çempionatı öncəsi bizim üçün bir təkandır" "Əlbəttə, bizim üçün çox məsuliyyətli bir yarışdır. Komandamız həmişəki kimi İslamiadaya yüksək səviyyədə hazırlaşıb. Bundan sonrası Allaha qalıb. Allah bizə nə nəsib etsə, o da olacaq. Təkcə güləşçilərimizə yox, bütün idmançılarımıza uğurlar arzulayıram.
Fərdi
10 Avqust , 2022 12:20
Rafiq Hüseynov: İslamiada dünya çempionatı öncəsi bizim üçün bir təkandır

"Əlbəttə, bizim üçün çox məsuliyyətli bir yarışdır. Komandamız həmişəki kimi İslamiadaya yüksək səviyyədə hazırlaşıb. Bundan sonrası Allaha qalıb. Allah bizə nə nəsib etsə, o da olacaq. Təkcə güləşçilərimizə yox, bütün idmançılarımıza uğurlar arzulayıram. Bildiyiniz kimi, Azərbaycan komandası heyət sayına görə Türkiyədən sonra ikinci yerdədir. Ümid edirəm ki, medal sayına görə də ilk 3 yerdən birini tutaraq xalqımızı sevindirərik".

"Report"un məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı olmuş yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

34 yaşlı idmançı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına sınaq xarakteri daşıdığını bildirib: "Mən və Sənan Süleymanov üçün bu yarış dünya çempionatı qabağı bir növ sınaqdır. Çünki hər ikimiz son iki yarışı buraxmışıq. İyunda İtaliyadakı reytinq turnirində də çıxış etməmişdik. İslamiada dünya çempionatı öncəsi bizim üçün bir təkandır. Fikrimcə, digər komanda yoldaşlarım üçün də belədir. Əsas odur ki, zədələr olmasın. Allah komandanı zədələrdən qorusun".

O, ağır zədədən sonra Almaniyada əməliyyat olunmuş komanda yoldaşı İslam Abbasov barədə də danışıb: "Bildiyiniz kimi, komanda yoldaşımız İslam Abbasov ağır zədələnib və əməliyyat olunub. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, biz son 3 yarışı İslamsız keçirəcəyik. Bu baxımdan bizim üçün çətin olacaq. Amma komanda yoldaşlarımın hamısında yüksək əhval-ruhiyyə var. Fikrimcə, İslamiadada bizim üçün hər şey yaxşı olacaq".

Qeyd edək ki, Rafiq Hüseynov İslamiadada 82 kq çəki dərəcəsində çıxış edəcək. Turnirdə yunan-Roma güləşi üzrə yarışlara avqustun 12-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi