Rafael Fiziyev ABŞ-ın məşhur idmançısını döyüşə çağırıb

Rafael Fiziyev ABŞ-ın məşhur idmançısını döyüşə çağırıb Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev növbəti görüşünü hansı rəqibə qarşı keçirmək istədiyini açıqlayıb.
Fərdi
10 iyul 2022 07:06
Rafael Fiziyev ABŞ-ın məşhur idmançısını döyüşə çağırıb

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev növbəti görüşünü hansı rəqibə qarşı keçirmək istədiyini açıqlayıb.

"Report"un məlumatına görə, 29 yaşlı idmançı mətbuat konfransında ABŞ təmsilçisi Castin Geyci ilə döyüşmək niyyətində olduğunu bildirib.

"UFC Vegas 58" turnirində braziliyalı Rafael dus Anyusa qalib gələn Fiziyev Geycini duelə çağırıb: "Geyci, başqa sarışınla üz-üzə gəlmək istəyirsənsə, aramızda kimin ən yaxşı olduğunu öyrənək. Bu, hər ikimiz üçün yaxşı mübarizədir. Hazırsansa, qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik".

“Ataman” ləqəbi ilə tanınan UFC döyüşçüsü ABŞ idmançısının təhlükəli rəqib olduğunu söyləyib: "Ceyci ciddi çağırışdır. Onun məni nokauta salmaq şansları çoxdur. Amma mən də bunu edə bilərəm. Nə olursa olsun, bu, azarkeşlər üçün yaxşı mübarizə olacaq".

Qeyd edək ki, Rafael dus Anyusu məğlub edən Rafael Fiziyev UFC-də ardıcıl 6-cı qələbəsini qazanıb.

Son xəbərlər

Orphus sistemi