Rafael Ağayev: "Yuventus"la məşqə çıxmaq istərdim"

Rafael Ağayev: "Yuventus"la məşqə çıxmaq istərdim" "1994-cü ildən “Yuventus” azarkeşiyəm. O vaxtdan oyunlarını izləyirəm. Hətta oyun alverinə görə B Seriyasına düşəndə belə, komandaya sadiq qaldım".
Fərdi
11 İyul , 2020 16:44
Rafael Ağayev: Yuventusla məşqə çıxmaq istərdim
Rafael Ağayev

"1994-cü ildən “Yuventus” azarkeşiyəm. O vaxtdan oyunlarını izləyirəm. Hətta oyun alverinə görə B Seriyasına düşəndə belə, komandaya sadiq qaldım".

Bu fikirləri Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev “Report”un “Instagram” səhifəsində canlı yayımda deyib.

O bildirib ki, Turin klubunu kiməsə görə sevməyib: "Milli komandalardan isə İtaliyaya azarkeşlik edirəm. Futbolu Roberto Bacconu görüb sevmişəm. "Yuventus"a isə özünə görə azarkeşlik edirəm".

Ağayev nə vaxtsa "Yuventus"la məşqə çıxmaq istədiyini söyləyib: "Mütləq Turinə gedəcəyəm. İtaliyanı, xalqını çox sevirəm".

Son xəbərlər

Orphus sistemi