Rafael Ağayev uduzdu, Firdovsi Fərzəliyev finala vəsiqə qazandı

Rafael Ağayev uduzdu, Firdovsi Fərzəliyev finala vəsiqə qazandı Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Türkiyənin İstanbul şəhərində bu gün start götürən Premyer Liqa turnirində finala vəsiqə qazanıb.
Fərdi
12 Mart , 2021 21:14
Rafael Ağayev uduzdu, Firdovsi Fərzəliyev finala vəsiqə qazandı
0 : 00
0 : 00

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Türkiyənin İstanbul şəhərində bu gün start götürən Premyer Liqa turnirində finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı qızıl medal görüşünə çıxacaq.

Həmçinin kata üzrə Azərbaycan millisi bürünc medal uğrunda yarışacaq. Hər iki qarşılaşma martın 14-də olacaq.

Yığmanın lideri Rafael Ağayev (75 kq) isə 1/4 finalda məğlub olub.

Son xəbərlər

Orphus sistemi