Rafael Ağayev Rusiya millisindən təklif alıb

Rafael Ağayev Rusiya millisindən təklif alıb Azərbaycan karateçisi Rafael AğayevəRusiya milli komandasının baş məşqçi vəzifəsi təklif olunub.
Fərdi
11 İyul , 2020 16:51
Rafael Ağayev Rusiya millisindən təklif alıb
Rafael Ağayev

Azərbaycan karateçisi Rafael Ağayevə Rusiya milli komandasının baş məşqçi vəzifəsi təklif olunub. 

Bu barədə "Report"un "Instagram" səhifəsində canlı yayımda titullu idmançının özü açıqlama verib.

O bildirib ki, artıq 2021-ci ildən bu vəzifədə çalışması xahiş olunub. Ağayev hələlik Azərbaycanda olduğunu və məşq etdiyini bildirib.

Karateçi Azərbaycan millisində çalışmasının da mümkünlüyünü vurğulayıb. O, Azərbaycan Karate Federasiyasının hazırkı prezidenti Yaşar Bəşirovun xeyir-duası olacağı təqdirdə, bu posta rəhbərlik etmək istədiyini də diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi