Rafael Ağayev Karate1 Premyer Liqa turnirində finala yüksəlib

Rafael Ağayev Karate1 Premyer Liqa turnirində finala yüksəlib Azərbaycan karateçisi Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda keçirilən Karate1 Premyer Liqa turnirində finala yüksəlib.
Fərdi
124
6 Sentyabr , 2019 15:16
Rafael Ağayev Karate1 Premyer Liqa turnirində finala yüksəlib

Azərbaycan karateçisi Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda keçirilən Karate1 Premyer Liqa turnirində finala yüksəlib.

"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşli rəqiblərini məğlub edib. Ağayev yarımfinalda ukraynalı idmançıdan da üstün olub. 

Bazar günü həlledici görüşdə rəqib, həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.

Yarışın ilk günü ölkənin daha 3 idmançısı mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.

Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi