​Rafael Ağayev: "Tanınmağa yox, Azərbaycanı tanıtmağa çalışırıq"

​Rafael Ağayev: "Tanınmağa yox, Azərbaycanı tanıtmağa çalışırıq" "Nə qədər ki, canımız suludur, himnimizi səsləndirməyə çalışacağıq"
Fərdi
7 İyul , 2015 12:25
​Rafael Ağayev: Tanınmağa yox, Azərbaycanı tanıtmağa çalışırıq

Bakı. 7 iyul. REPORT.AZ/ "Gözəl o vaxt olur ki, Azərbaycanın himni səslənir. Biz ilk növbədə tanınmağa yox, Azərbaycanı tanıtmağa çalışırıq". "Report"un məlumatına görə, bunu bu gün Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanmış karateçi Rafael Ağayev deyib.

4 qat dünya və 12 qat Avropa çempionu qədər dövlət himnini səsləndirməyə bacardıqları qədər çalışacaqlarını bildirib: "Nə qədər ki, canımız suludur, himnimizi səsləndirməyə çalışacağıq. Sumqayıtda həmişə məşqlərimi davam etdirirəm. Yarış olsa da, olmasa da mən məşq zallarına gedib hazırlaşıram".

Qeyd edək ki, Rafael Ağayev "Bakı 2015"də 75 kq çəki dərəcəsində qızıl medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi