Qusarda cüdo üzrə “Şimal-şərq bölgəsi” yarışına start verilib - FOTO

Qusarda cüdo üzrə “Şimal-şərq bölgəsi” yarışına start verilib - FOTO Yarışın ilk günündə 105 cüdoçu qüvvəsini sınayır
Fərdi
30 Oktyabr , 2016 16:22
Qusarda cüdo üzrə “Şimal-şərq bölgəsi” yarışına start verilib - FOTO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Qusarda cüdo üzrə “Şimal-şərq bölgəsi” yarışına start verilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, şimal-şərq bölgәsi üzrә 2003-2005-ci il tәvәllüdlü yeniyetmәlәr arasında region birinciliyində oğlanlar 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq, qızlar isə 32 kq və 34 kq çəki dərəcələrində mübarizə aparırlar.

Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Şabran və Sizəyəzəndən 105 cüdoçu (101 oğlan, 4 qız) qüvvəsini sınayır.

Qeyd edək ki, “Şimal-şərq bölgəsi” yarışına sabah yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi