​Qroznı və Mahaçqala 2017-ci ildə keçiriləcək boks üzrə Dünya çempionatına ev sahibliyi edə bilər

​Qroznı və Mahaçqala 2017-ci ildə keçiriləcək boks üzrə Dünya çempionatına ev sahibliyi edə bilər "Bu bölgələr döyüş ənənələri ilə məşhurdur"
Fərdi
22 Aprel , 2015 11:49
​Qroznı və Mahaçqala 2017-ci ildə keçiriləcək boks üzrə Dünya çempionatına ev sahibliyi edə bilər

Bakı. 22 aprel. REPORT.AZ/ Qroznı və Mahaçqala 2017-ci ildə keçiriləcək boks üzrə Dünya çempionatına ev sahibliyi edə bilər. "Report"un məlumatına görə, bu barədə boks üzrə Rusiya milli komandasının baş məşqçisi Aleksandr Lebzyak bildirib.

"Biz hesab edirik ki, Dünya çempionatı Mahaçqala, Qroznı və ümumiyyətlə Şimali Qafqaz ətrafında keçirilməlidir. Bu bölgələr öz döyüş ənənələri ilə məşhurdurlar. Qeyd edim ki, Moskva və Sankt-Peterburq da çempionatı keçirmək üçün əlverişlidir. Amma bu şəhərlər belə turnirlərdən doyub" - Lebzyak deyib. 

Bir neçə gün öncə Rusiyanın gənclər və idman naziri Vitali Mutko 2017-ci ildə keçiriləcək boks üzrə Dünya çempionatının ölkəsində təşkil oluna biləcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi