Yuxarı

“Qızıl Qran-pri” turnirinin son günündə yunan-Roma güləşçiləri yarışırlar

Turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanı mübarizə aparır

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanı mübarizə aparır.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Bu çəkilərdə 24 Azərbaycan pəhləvanı xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Elman Muxtarov, Murad Məmmədov, Eldəniz Əzizli (hamısı 59 kq), Həsən Əliyev, Kamran Məmmədov, Azad Əliyev, Ruhin Mikayılov (hamısı 66 kq), Rüstəm Əliyev, İlkin Əsgərov (hər ikisi 71 kq), Elvin Mürsəliyev, Əmrah Mazanov, Şəmistan Quluzadə (hamısı 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov (hər ikisi 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Tural Daşdəmirov, Şəhriyar Məmmədov (hamısı 85 kq), Saman Təhmasibi, Orxan Nuriyev, Şalva Qadabadze (hamısı 98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) yer alacaq.

Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc, qadın güləşçilərimiz isə 1 gümüş medal qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi