Qızıl mükafatçı: "Azərbaycanın himni səslənəndə ürəyim fərəh hissi ilə doldu"

Qızıl mükafatçı: "Azərbaycanın himni səslənəndə ürəyim fərəh hissi ilə doldu" Məhəmmədrəsul Məcidov: "Qələbəni atama həsr edirəm"
Fərdi
18 May , 2017 21:03
Qızıl mükafatçı: Azərbaycanın himni səslənəndə ürəyim fərəh hissi ilə doldu

Bakı. 18 may. REPORT.AZ/ "Qələbəni atama həsr edirəm".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın boks millisinin qızıl medal mükafatçısı Məhəmmədrəsul Məcidov deyib.

O, Prezident İlham Əliyevə və məşqçilərinə təşəkkürünü bildirib: "Bizə dəstək oldular. Azarkeşlərə təşəkkür edirəm ki, bizə belə dəstək verdilər. Qızıl medalı alanda və Azərbaycanın himni səslənəndə ürəyim qürur və fərəh hissi ilə doldu. Avropa çempionatına hazırlaşacağam. Burada da yüksək səviyyədə təmsil olunmaq istəyirəm".

Son xəbərlər

Orphus sistemi