Qış Paralimpiya Oyunlarına Rusiyanın 30 idmançısı buraxılıb

Qış Paralimpiya Oyunlarına Rusiyanın 30 idmançısı buraxılıb Bakı. 27 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində martın 9-da başlayacaq Qış Paralimpiya Oyunlarında Rusiyanın 30 idmançısı buraxılıb. 
Fərdi
27 Fevral , 2018 13:26
Qış Paralimpiya Oyunlarına Rusiyanın 30 idmançısı buraxılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində martın 9-da başlayacaq Qış Paralimpiya Oyunlarında Rusiyanın 30 idmançısı buraxılıb. 

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) mətbuat xidməti məlumat yayıb. Qış Paralimpiya Oyunlarının iştirakçıları siyahısına Rusiyadan 3 kişi snoubordçu, 12 qadın xizəkçi, 10 kişi və qadın dağ xizəkçisi, 1 qadın körlinqçi və 4 kişi körlinqçi daxil edilib. 

Həmçinin, Oyunlarda 39 məşqçi və texniki işçi iştirak edəcək. Martın 18-dək davam edəcək paralimpiadada görmə qüsurlu 6 xizəkçinin müşahidəçiləri də olacaq. 

Qeyd edək ki, Rusiya 2014-cü il Qış Paralimpiya Oyunlarında 69 idmançı ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi