Qış Olimpiya Oyunlarının keçirildiyi Pxençxanda fırtına başlayıb - VİDEO

Qış Olimpiya Oyunlarının keçirildiyi Pxençxanda fırtına başlayıb - VİDEO Bakı. 14 fevral. REPORT.AZ/ Qış Olimpiya Oyunlarının keçirildiyi Cənubi Koreyanın Pxençxan şəhərində fırtına başlayıb.
Fərdi
14 Fevral , 2018 14:37
Qış Olimpiya Oyunlarının keçirildiyi Pxençxanda fırtına başlayıb - VİDEO

Bakı. 14 fevral. REPORT.AZ/ Qış Olimpiya Oyunlarının keçirildiyi Cənubi Koreyanın Pxençxan şəhərində fırtına başlayıb.

“Report” championat.com saytına istinadən xəbər verir ki, Olimpiya parkının yerləşdiyi Kannında şiddətli külək müşahidə olunmaqdadır.

Parkın giriş nöqtəsinin, çadırların dağıldığı, bir neçə insanın xəsarət aldığı bildirilir.

Hadisə nəticəsində bu gün keçirilməli olan biatlon yarışı təxirə salınıb. Hokkey oyunlarının da baş tutması sual altındadır. 

Son xəbərlər

Orphus sistemi