Qış Olimpiya Oyunlarının Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub - VİDEO

Qış Olimpiya Oyunlarının Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub - VİDEO Bayraqdar funksiyasını ölkənin yeganə təmsilçisi Patrik Braxner yerinə yetirib
Fərdi
9 Fevral , 2018 15:56
Qış Olimpiya Oyunlarının Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub - VİDEO

Bakı. 9 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunan XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub.

“Report” xəbər verir ki, bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirib. Keçiddə həmçinin Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov iştirak edib.

Qeyd edək ki, Patrik Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

Son xəbərlər

Orphus sistemi