Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə Donald Trampın qızı rəhbərlik edəcək

Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə Donald Trampın qızı rəhbərlik edəcək Bakı. 6 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə ölkə başçısı Donald Trampın qızı İvanka Tramp başçılıq edəcək.
Fərdi
6 Fevral , 2018 10:04
Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə Donald Trampın qızı rəhbərlik edəcək

Bakı. 6 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə ölkə başçısı Donald Trampın qızı İvanka Tramp başçılıq edəcək.

“Report” CNN-ə istinadən xəbər verir ki, prezident bunun üçün şəxsən qızına müraciət edib. İ.Tramp ABŞ idmançılarının iştirak edəcəkləri bəzi yarışları da izləmək niyyətindədir.

Bunadən Ağ evin mətbuat xidməti ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Maykl Pensin rəhbərlik edəcəyini açıqlamışdı. 

Qeyd edək ki, Qış Olimpiya Oyunları 9 – 25 fevralda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi