2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri istefa verib

2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri istefa verib Ço Yan Honun başçılıq etdiyi şirkətdə problemlər yaranıb
Fərdi
3 May , 2016 11:49
2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri istefa verib

Bakı. 3 may. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Ço Yan Ho istefa verib. "Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin təmsilçisi də təsdiqləyib.

Ço Yan Honun istefasına səbəb kimi başçılıq etidiyi "Hanjin Group"un maliyyə problemlərinin həlli ilə məşğul olması göstərilib. Hazırda müəssisənin böyük məbləğdə borcu var. "Hanjin Group"a daxil olan "Korean Air" hava yolları şirkəti 2018-ci il olimpiadasının sponsorlarından biridir.

Təşkilat Komitəsinin sədri vəzifəsinə LG şirkətinin məsləhətçisi Li Hi Pom təyin olunub. 

Qeyd edək ki, Ço Yan Ho 2014-cü ildən Təşkilat Komitəsinin sədri idi. Pxençxan Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi