Pekin-2022: İdmançılar koronavirusa görə diskvalifikasiya edilməyəcək

Pekin-2022: İdmançılar koronavirusa görə diskvalifikasiya edilməyəcək Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında koronavirus aşkarlanmış idmançılar diskvalifikasiya olunmayacaq.
Fərdi
8 Dekabr , 2021 11:28
Pekin-2022: İdmançılar koronavirusa görə diskvalifikasiya edilməyəcək

Pekin-2022 Qış Olimpiya Oyunlarında koronavirus aşkarlanmış idmançılar diskvalifikasiya olunmayacaq.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi qərar çıxarıb.

IOC həmin şəxslərin nəticələrdən məhrum edilməyəcəyini də açıqlayıb. Hansısa idmançı finala yüksəlsə və koronavirus səbəbindən yarışa çıxa bilməsə, avtomatik olaraq gümüş medal alacaq.

Eyni qayda Tokio-2020 Yay Olimpiya Oyunlarında da tətbiq edilib.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Yekaterina Ryabova Vladimir Litvintsevlə birgə qış olimpiadasına lisenziya qazanıb.

Son xəbərlər

Orphus sistemi