Azərbaycanlı cüdo mütəxəssisləri Qətərdə beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanlı cüdo mütəxəssisləri Qətərdə beynəlxalq seminarda iştirak ediblər Qətərin paytaxtı Dohada Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.
Fərdi
14 Yanvar , 2020 13:19
Azərbaycanlı cüdo mütəxəssisləri Qətərdə beynəlxalq seminarda iştirak ediblər

Qətərin paytaxtı Dohada Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.

"Report"un məlumatına görə, Beynəlxalq Cüdo Federasiyasının rəsmilərinin də iştirak etdiyi seminar həm nəzəri, həm də praktiki hissədən ibarət olub. 

Tədbirdə cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və yeniyetmələrdən ibarət milli komandanın məşqçisi Zaur Babayev iştirak edib.

Son xəbərlər

Orphus sistemi