Qətər MOK: Azərbaycan həm infrastruktur, həm də sosial səviyyə baxımından yaxşı inkişaf etmiş ölkədir - EKSKLÜZİV

Qətər MOK: Azərbaycan həm infrastruktur, həm də sosial səviyyə baxımından yaxşı inkişaf etmiş ölkədir - EKSKLÜZİV İslamiadada Qətərin nümayəndə heyətinin tərkibinə 70 nəfər, o cümlədən 45 idmançı daxil olacaq
Fərdi
30 Mart , 2017 11:54
Qətər MOK: Azərbaycan həm infrastruktur, həm də sosial səviyyə baxımından yaxşı inkişaf etmiş ölkədir - EKSKLÜZİV

Bakı. 30 mart. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Qətərin nümayəndə heyətinin tərkibinə 70 nəfər, o cümlədən 45 idmançı daxil olacaq.

Bu barədə "Report"a Qətər Milli Olimpiya Komitəsindən məlumat veriblər.

Onların fikrincə, Bakıda keçiriləcək İslamiada İslam ölkələrində idmanın inkişafı ilə bağlı informasiya səviyyəsinin artmasına, eləcə də müsəlman idmançılar arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcək.

"Azərbaycan həm infrastruktur, həm də sosial səviyyə baxımından yaxşı inkişaf etmiş ölkədir. Bundan başqa, idman tədbirlərinə və turizmə böyük maraq var" - MOK-dan bildiriblər.

MOK rəsmiləri ağır atletika, güllə atıcılığı, stolüstü tennis və yüngül atletika kimi idman növlərində idmançılarından daha çox medal gözlədiklərini qeyd ediblər.

MOK komandada ən məhsuldar idmançılar kimi Fares Hassuna (ağır atletika) və Li Pinqin (stolüstü tennis) fərqlənəcəyini gözləyir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi