​Qərb Avtomobil Klubunun prezidenti Bakıdakı "Formula-1" haqqında: "Təəssüf ki, təqvimlər üst-üstə düşür"

​Qərb Avtomobil Klubunun prezidenti Bakıdakı "Formula-1" haqqında: "Təəssüf ki, təqvimlər üst-üstə düşür" "20-30 il əvvəl pilotların həm "Formula-1"də, həm də digər avtoyarışlarda iştirakına icazə verilirdi"
Fərdi
8 May , 2016 12:35
​Qərb Avtomobil Klubunun prezidenti Bakıdakı Formula-1 haqqında: Təəssüf ki, təqvimlər üst-üstə düşür

Bakı. 8 may. REPORT.AZ/ "20-30 il əvvəl pilotların həm "Formula-1"də, həm də digər avtomobil yarışlarında iştirakına icazə verilirdi. Bu, avtomobil idmanı üçün çox əla idi. Təəssüf ki, təqvimlər üst-üstə düşür".

"Report"un məlumatına görə, bu sözləri Qərb Avtomobil Klubunun (ACO) prezidenti Pyer Filyon bildirib.

"Əlbəttə, heyfisləndiricidir. Lakin Le-Man üçün yox. "Formula-1"in yarışçıları heyfislənməlidirlər. 20-30 il əvvəl pilotların həm "Formula-1"də, həm də digər avtomobil yarışlarında iştirakına icazə verilirdi. Bu, avtomobil idmanı üçün çox əla idi. Təəssüf ki, təqvimlər üst-üstə düşür, lakin bu, Le-Man üçün problem yaratmayacaq. Bizdə yaxşı yarış, çoxlu azarkeş olacaq", - deyə o əlavə edib.

Pyer Filyon əmin olduğunu bildirib ki, gələn il onlar təqvimlərin üst-üstə düşməməsinin həlli yolunu tapacaqlar.

Son xəbərlər

Orphus sistemi